Dəvət kodu və ya linki ilə qrupa necə qoşulmaq olar?

Kimsə sizə dəvət linki göndəribsə, onu telefonunuzda açın və SplitEase sizi qrupa qoşacaq. Hələ daxil olmamısınızsa, daxil olduqdan dərhal sonra qrupa qoşulacaqsınız.

Addımlar

  1. Ana səhifə (Home) bölməsində Qoşul (Join) düyməsinə toxunun.
  2. Dəvət kodunu yazın və Qrupa qoşul (Join Group) düyməsinə toxunun.
  3. Və ya qrupun QR kodunu skan etmək üçün QR kodu skan et (Scan a QR code) düyməsinə, linki kopyalamısınızsa Dəvət linkini yapışdır (Paste an invite link) düyməsinə toxunun.

Kod işləmirsə, müddəti bitmiş ola bilər. Sizi dəvət edən şəxsdən yeni kod istəyin.

SplitEase tətbiqi hələ Azərbaycan dilində mövcud deyil. Mötərizədəki düymə adları ekranda ingiliscə görəcəyiniz adlardır.

Əlaqəli suallar

Hələ də köməyə ehtiyacınız var?

Bizə yazın, SplitEase komandasından bir nəfər sizə cavab verəcək.

Dəstəklə əlaqə
Dil: Azərbaycan