SplitEase+

Qrupun xərclərini necə ixrac etmək olar?

Qrupun xərclərini qeydləriniz üçün və ya paylaşmaq üçün SplitEase-dən fayl kimi çıxara bilərsiniz. Bu, SplitEase+ funksiyasıdır.

Addımlar

  1. Qrupu açın, sonra Qrup ayarları (Group settings) bölməsinə keçin.
  2. Hesab cədvəlini ixrac et (Export ledger) düyməsinə toxunun.
  3. PDF, CSV və ya Excel seçin. Hesablaşmaları daxil et (Include settlements) seçimini aktiv və ya deaktiv edin.
  4. İxrac et (Export) düyməsinə toxunun, faylın hazır olmasını gözləyin, sonra onu yadda saxlayın və ya paylaşın.

Fayl yalnız bir dəfə endirilə bilər. Ekranı bağlamazdan əvvəl onu yadda saxlayın və ya göndərin.

SplitEase tətbiqi hələ Azərbaycan dilində mövcud deyil. Mötərizədəki düymə adları ekranda ingiliscə görəcəyiniz adlardır.

Əlaqəli suallar

Hələ də köməyə ehtiyacınız var?

Bizə yazın, SplitEase komandasından bir nəfər sizə cavab verəcək.

Dəstəklə əlaqə
Dil: Azərbaycan