SplitEase+

Təkrarlanan xərc necə qurulur?

Təkrarlanan xərc öz tarixində avtomatik olaraq qrupa əlavə olunur və qurduğunuz kimi bölünür. Bu, SplitEase+ funksiyasıdır.

Addımlar

  1. Qrupu açın, sonra Qrup ayarları (Group settings) bölməsinə keçin.
  2. Təkrarlanan xərclər (Recurring expenses) düyməsinə, sonra Əlavə et (Add) düyməsinə toxunun.
  3. Məbləği, kimin ödədiyini və necə bölündüyünü daxil edin, sonra nə qədər tez-tez təkrarlanacağını seçin: gündəlik, həftəlik, aylıq və ya illik.
  4. Yadda saxla (Save) düyməsinə toxunun.

Bir təkrarı ötürmək üçün təkrarlanan xərci açın və Növbətini ötür (Skip the next occurrence) düyməsinə toxunun. Bundan sonra cədvəl adi qaydada davam edir.

SplitEase tətbiqi hələ Azərbaycan dilində mövcud deyil. Mötərizədəki düymə adları ekranda ingiliscə görəcəyiniz adlardır.

Əlaqəli suallar

Hələ də köməyə ehtiyacınız var?

Bizə yazın, SplitEase komandasından bir nəfər sizə cavab verəcək.

Dəstəklə əlaqə
Dil: Azərbaycan